Tovuzda yük avtomobili yanıb, xəsarət alan var

20:07 27.08.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Tovuz rayonunun Qovlar şəhərində "ЗИЛ" markalı yük avtomobilinin mühərrik hissəsi və banına yığılan 3 ton ot bağlamasının 1 tonu yanıb.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən xəbərə görə, yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.

Avtomobilin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.