Türkiyənin Amasya vilayətinin Suluova rayonunda keçirilən toyda maraqlı hadisə baş verib. Deməli, bəyə zinət əşyası əvəzinə 250 min türk lirəsi dəyərində xoruz hədiyyə edilib. Dostunun qeyri-adi sürprizi ilə təəccüblənən bəy "Çilli" adlı xoruzla qucaqlaşıb.
Hafta.az-ın yazdığına görə, Əlaəttin və Gülay Karakullukçunun toyunda bəyin dostu Burhan İnan əlindəki çantadan xoruzu çıxararkən, o, toy sahiblərinin qanını qaraltmayıb, əksinə sevindirib. Məclisdəkilər hər kəs telefonla xoruzu çəkməyə başlayıb.
“Çilli” adlı xoruzu bəsləyən Burhan İnan “Dostluğumuzun simvolu olaraq yaxın dostum olan bəyə toyuq hinimizin ən qiymətlisi olan xoruzu verdim” deyib. Bəy Əlaəttin Karakullukçu da, "Burhan qardaşım mənə ən çox sevdiyi xoruzu hədiyyə etdi. Ona çox təşəkkür edirəm" deyib.
Ən maraqlısı odur ki, bu xoruzun nə az, nə çox, düz 250 min lirə qiyməti var…