Prezidentin Özbəkistanda yüksək qarşılanması, göstərilən isti münasibət, əldə olunan nəticələr belə fikir söyləməyə əsas verir ki, Türk Dünyası arasında olan birlik gün-gündən möhkəmlənir. Bu sırada müxtəlif yerlərdə dayananlar var. Özbəkistan bu münasibətlər müstəvisində 1-ci yerlərdə dayananlardandır. Bu görüş Azərbaycan xalqı üçün də özbək xalqı üçün də xoş oldu”.
Bunu hafta.az-a Milli Məclisin sədr müavini Fəzail İbrahimli Azərbaycan Prezidentinin Özbəkistan səfəri ilə bağlı açıqlamasında bildirib.
F.İbrahimlinin sözlərinə görə, Türkiyə ilə münasibətlərimizin yüksələn inkişafı Türk Dünyasının bizə olan marağını artırıb.
“Azərbaycanın yaxın tarixinə qısa nəzər salsaq, son illərdə nüfuzunun beynəlxalq münasibətlər sistemində çox yüksək olduğunu görərik. Azərbaycan bütün dünyada qəbul olunur. Bunun bir neçə səbəbi var. Birincisi, Azərbaycanın iqtisadi, siyasi sahədə əldə etdiyi uğurlar dünyaya bir nümunədir. Azərbaycan özünün sabitliyi ilə bir məktəbdir. 44 günlük Vətən müharibəsi isə dövlətin nüfuzunu artırdı və haqqın-ədalətin uğrunda axıra qədər getməyin vacibliyi göründü. Dövlətlərin Azərbaycana münasibəti özlərindən asılı olmayaraq bizə layiq olur. Bunların içərisində kökümüz, qanımız bir olan Türk Dünyasının özünəməxsusluğu var”.