“Gözlərimizin qarşısında türk dünyasının əzəmətli birliyinin maddi təməlləri möhkəmləndirilir. Cənab Prezidentimiz İlham Əliyevin qardaş Qırğız Respublikasına rəsmi səfəri zamanı imzalanan sənədlər hər iki türk xalqının ürəyindən olmaqla yeni bir tarixin yaradılmasıdır”.
Hafta.az-a açıqlama verən Mili Məclisin deputatı Musa Qasımlı bildirib ki, tarixi günlərə şahidlik edirik.
M.Qasımlı Azərbaycan-Qırğız sənədlərinin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun mətbuata bəyanatlarında söylədikləri iki fikri xüsusi qabardıb.
“Prezident Sadır Japarov deyib: “Bu gün biz münasibətlərimizin strateji xarakterini bir daha təsdiqlədik, onları ən yüksək səviyyəyə çatdırdıq ki, bu da əcdadlarımızın tarixi vəsiyyətidir.
Prezident İlham Əliyev deyib: “Nəqliyyat-tranzit sahəsində Çin-Qırğızıstan-Özbəkistan-Xəzər yeni dəmir yolunun tikintisinə və istismarına başlamaqla əmtəə dövriyyəsinin artması və yüklərin daşınmasının ucuzlaşması üçün imkanlar yaranacaq. Biz qardaş Qırğızıstan xalqını, eləcə də digər tərəfdaş ölkələri bu mühüm layihənin icrasına başlanması münasibətilə təbrik edirik”.