Türkiyə Böyük Millət Məclisinin YENİ TƏRKİBİ

12:40 18.05.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Türkiyə Böyük Millət Məclisində 28-ci dönəm üçün seçilmiş parlamentin tərkibi açıqlanıb.

Hafta.az-ın yazdığına görə, ümumilikdə 600 deputat kürsüsünün 17 siyasi partiya arasında bölüşdürüldüyü Türkiyə Böyük Millət Məclisində sağçı, millətçi və mühafizəkar partiyaların üstünlük təşkil etməsi diqqət çəkir. 

Parlamentə daxil olan partiyalar və onların yer bölgüsü belədir: Ədalət və İnkişaf Partiyası (AKP) 263, Cümhuriyyət Xalq Partiyası (CXP) 130, Yaşıl Sol Partiya 57, Milliyətçi Xalq Partiyası (MXP) 50, İYİ Partiya 44, DEVA 14, Gələcək Partiya 10, Səadət Partiyası 10, Yenidən Rifah Partiyası 5, HÜDA-PAR 4, Türkiyə İşçi Partiyası (TİP) 4, Demokrat Partiyası 3, Əmək Partiyası (EMEP) 2, Demokratik Bölgələr Partiyası (DBP) 1, Demokratik Sol Partiyası (DSP) 1, Türkiyə Dəyişiklik Partiyası (TDP) 1 və Toplumsal Özgürlük Partiyası (TÖP) 1 millətvəkili.

Siyasət rubrikasından digər xəbərlər