Türkiyə Böyük Millət Məclisinə (TBMM) cümə axşamı Türkiyə hərbçilərinin Azərbaycandakı mandatının bir il uzadılması ilə bağlı qanun layihəsi daxil olub, Рфаеф,фя ишдвшкшк лш, Anadolu Agentliyi xəbər verir.
Prezident Rəcəb Tayyib Ərdoğanın imzaladığı sənəddə bildirilir ki, Türkiyə ordusu 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın işığında Azərbaycanın işğaldan azad edilmiş ərazilərində sabitliyin təmin edilməsinə töhfə verməkdə davam edir.
Qanun layihəsində xatırladılır ki, Ankara Azərbaycanın hüquqlarının müdafiəsi və ərazi bütövlüyünün təmin olunmasında ilk gündən qardaş Bakını dəstəkləyib.
“Bu gün Türkiyə regionda sülhün və sabitliyin qorunub saxlanmasına və möhkəmlənməsinə, eləcə də Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasına mühüm töhfə verir”, - sənəddə deyilir.
Qanun layihəsinə əsasən, Türkiyə ordusunun Azərbaycandakı mandatının 2022-ci il oktyabrın 17-dən başlayaraq bir il müddətinə uzadılması planlaşdırılır.