Türkiyə Superliqası: "Beşiktaş" öz meydanda darmadağın olub

23:17 27.11.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Noyabrın 27-də futbol üzrə Türkiyə çempionatının XIV turu çərçivəsində keçirilən qarşılaşmada “Beşiktaş" doğma meydanda “Giresunspor”u qəbul edib.

Hafta.az xəbər verir ki, gərgin keçən görüşdə qonaq komanda İstanbul təmsilçisinin qapısından dörd cavabsız top keçirib.

Günün digər matçlarında isə "Alanyaspor" səfərdə "Antalyaspor"a 3:0 hesabı ilə məğlub olub. "Rizəspor" isə doğma meydanda "Kayserispor"u minimal hesabla məğlub edib - 1:0.

Hazırda Türkiyə Superliqasının turnir cədvəlinə 33 xalla "Trabzonspor" başçılıq edir. Ondan yeddi xal geri qalan "Hatayspor" ikinci, sonuncu ilə eyni xala malik olan "Konyaspor" isə üçüncü pillələrdə qərarlaşıblar.

Oxunma sayı 175