Türkiyə və ABŞ müdafiə nazirləri telefonla danışıb

22:50 24.02.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin milli müdafiə naziri Hulusi Akar ilə ABŞ-ın müdafiə naziri Lloyd Ostin arasında telefon danışığı olub.

Hafta.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən məlumat verilib.

Müdafiə nazirləri ikitərəfli münasibətləri və bölgədə təhlükəsizlik məsələlərini müzakirə ediblər. Söhbət zamanı Ukraynadakı son hadisələr ətrafında da fikir mübadiləsi aparılıb.