Türkiyə və Ermənistan rəsmilərinin növbəti görüşünün vaxtı açıqlandı

21:48 03.02.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin xüsusi nümayəndəsi Sərdar Kılıç və Ermənistanın xüsusi nümayəndəsi Ruben Rubinyan arasında növbəti görüşün vaxtı və yeri açıqlanıb.

 

Hafta.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Vahan Hunanyan  "Twitter"də yazıb.

 

O bildirib ki, xüsusi nümayəndələrin növbəti görüşü fevralın 24-də Vyanada baş tutacaq.

 

Tərəflər arasında ilk görüş bu il yanvarın 14-də Moskvada keçirilib.