Türkiyə və Gürcüstanın XİN rəhbərləri Azərbaycana səfər edəcəklər

17:40 16.02.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Cari ilin 18 fevral tarixində Türkiyə Respublikasının xarici işlər naziri cənab Mevlüt Çavuşoğlunun, 19 fevral tarixində isə Gürcüstanın Baş nazirinin müavini-xarici işlər naziri cənab David Zalkalianinin Azərbaycana rəsmi səfərləri nəzərdə tutulub.

Xarici İşlər Nazirliyindən hafta.az-a verilən məlumata görə, bu ilin 19 fevral tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov, Gürcüstanın Baş nazirinin müavini-xarici işlər naziri David Zalkaliani və Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlunun iştirakı ilə 9-cu üçtərəfli görüşün keçirilməsi planlaşdırılır.