Türkiyə və Rusiya arasında QARABAĞ DANIŞIQLARI OLACAQ

17:35 30.03.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Mövlud Çavuşoğlunun dəvəti ilə aprelin 6-7-də Türkiyəyə səfər edəcək. RİA Novosti xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə bildirib.

Onun sözlərinə görə, təmaslar zamanı geniş spektrli problemlərin, o cümlədən ticarət, enerji, turizm sahələrində ikitərəfli əməkdaşlığın vəziyyəti və perspektivlərinin müzakirəsi nəzərdə tutulub: “Regional və beynəlxalq gündəliyin aktual məsələləri, o cümlədən Ukrayna, Suriya və Dağlıq Qarabağ nizamlanması, eləcə də Mərkəzi Asiya və Əfqanıstandakı mövcud vəziyyətlə bağlı hərtərəfli fikirlər mübadiləsi olacaq”.

Siyasət rubrikasından digər xəbərlər