Son günlər Rusiyanın Moskva və digər şəhərlərində Ukraynaya məxsus PUA-ların mütəmadi hücumlardan sonra paytaxt hava limanlarına tətbiq edilən məhdudiyyətlər uçuş cədvəlini pozub. Bu proses zamanı THY Rusiyaya uçuşlarının bir qismini ləğv edib.
Hafta.az-ın “Noviye İzvestiya” portalının istinadən yazdığına görə, eyni günlərdə Türkiyədə otellərin fəaliyyəti ilə bağlı iddialar da gündəmə gəlib.
Rusiya Tur Operatorları Assosiasiyası (ATOR) “Türk otellərinin kütləvi şəkildə bağlanması” xəbərinin şişirdilmiş olduğunu və həqiqəti əks etdirmədiyini açıqlayıb. Açıqlamaya görə, Muğlada səlahiyyətlilər 526 turizm müəssisəsini yoxlayıb və onlardan 248-i müəyyən edilmiş standartlara uyğun gəlmədiyi üçün bağlanıb. Lakin bu vəziyyət sosial mediada yayılan “dörd min otel birdən-birə bağlandı” iddiaları ilə üst-üstə düşmür.
Mütəxəssislər bağlanan obyektlərin əksəriyyətinin kiçik və yerli biznes olduğunu, bu mehmanxanaların iri turoperatorların portfelinə daxil olmadığını bildirirlər. Ona görə də ləğvlərin rusiyalı turistlərin planlarına təsir edəcəyi gözlənilmir. Bundan əlavə, bir çox otellər çatışmazlıqları aradan qaldırıb sertifikatlarını doldurduqdan sonra normal fəaliyyətlərini davam etdirirlər.
Turizm rəsmiləri Türkiyə mehmanxanalarının əksəriyyətinin sertifikatlarını itirmədiyini, yalnız bir neçə kiçik otelə yoxlamalardan sonra xəbərdarlıq edildiyini və müvəqqəti bağlandığını vurğulayıb. Antalya Bələdiyyəsinin turizm müşaviri Osman Ayık yoxlamaların turizm obyektlərinin təhlükəsizliyini artırmaq məqsədi daşıdığını ifadə edərək, bu tənzimləmələrin məqsədəuyğun olduğunu bildirib.
Nəhayət, hava limanlarında yaranan uçuş xaosu səbəbindən ləğv edilən reyslər üçün alternativ reyslər təşkil edilir. Ləğv edilən reyslərdən sonra THY İstanbul və Antalyadan əlavə iki reys açıb. Şirkət və hava limanının rəsmiləri sərnişinləri uçuş vaxtları və rezervasiya dəyişiklikləri barədə mütəmadi olaraq məlumatlandırır.