Türkiyə Statistika Təşkilatının (TÜİK) məlumatlarına görə, Türkiyədə fərdlərin ən çox seçdiyi sosial media və mesajlaşma tətbiqi WhatsApp-dır.
Hafta.az-ın yazdığına görə, insanların 86,2 faizinin aktiv şəkildə istifadə etdiyi WhatsApp həm kişilər, həm də qadınlar arasında ən populyar tətbiq kimi diqqət çəkib. YouTube 71,3 faiz istifadə nisbəti ilə ikinci, Instagram isə 65,4 faiz istifadə nisbəti ilə üçüncü yerdə qərarlaşıb.
Bu dərəcələr WhatsApp-ın həm kişilər, həm də qadınlar arasında böyük populyarlıq qazandığını göstərir. Kişi istifadəçilərin 89,5 faizi, qadın istifadəçilərin isə 82,9 faizi bu proqramdan aktiv istifadə edir.
Kişilərin sosial mediadan daha çox istifadə etdiyi müşahidə edilib. Kişilərin 74,7 faizi YouTube-a, 67 faizi İnstaqrama üstünlük verdiyi halda, qadınlarda bu nisbətlər müvafiq olaraq yüzdə 68 və yüzdə 63,9 olub.
Məlumatlar kişilərin sosial media platformalarından daha aktiv istifadə etdiyini ortaya çıxarıb.