Türkiyədə gedən seçki prosesini rusların 60 faizi izləyir

10:05 24.05.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Kommersant” qəzeti Türkiyədə keçirilən prezident seçkiləri ilə bağlı maraqlı səsvermə keçirib. Qəzet oxucularına "Türkiyədə keçirilən prezident seçkilərinin nəticələri sizi narahat edirmi?" sualına səsverməyə qatılan 23265 oxucunun 60 faiz “hə”, 40 faiz isə “xeyr” deyib.

Hafta.az-ın yazdığına görə, qəzetə açıqlama verən Valday Beynəlxalq Diskussiya Klubunun direktoru, Xarici və Müdafiə Siyasəti Şurasının sədri Fyodr Lukyanov prezidentlər Rəcəb Tayyib Ərdoğanla Vladimir Putin arasında Moskva-Ankara xəttində şəxsi dostluq əlaqələrinin əhəmiyyətini vurğulayıb. Lukyanov, “Rusiya və Türkiyə liderləri arasında şəxsi münasibətlər yox olarsa, çox şey çətinləşəcək. Ancaq bu, fəlakət olmazdı, çünki Türkiyə siyasəti son 20 ildə Qərb mərkəzçiliyi ilə müqayisədə çox dəyişib. Biz əlaqələrimizi sabitləşdirmək üçün çalışmalıyıq” deyib.

Müxalifətin qalib gələcəyi təqdirdə Ərdoğanın xarici siyasətinə yenidən baxılması ilə bağlı sərt açıqlamalar veriləcəyini müdafiə edən Lukyanov, “Ancaq o zaman hər şey yaxşı olacaq. Liderin şəxsiyyəti nə olursa olsun, Türkiyənin maraqları böyük ölçüdə Rusiya ilə bağlıdır. Bəzi şeylərə yenidən baxıla bilər, məsələn, ABŞ-ın S-400-lərdən qurtulması vacibdir. Kamal Kılıçdaroğlu raket müqaviləsini pozmağa cəhd edə bilər. Amma Akkuyu Atom Elektrik Stansiyası, beynəlxalq təbii qaz mərkəzi, taxıl müqaviləsi və bəzi digər layihələr 100 faiz Türkiyənin marağındadır” bildirib.

İki ölkənin ticarət və iqtisadiyyat baxımından bir-birindən çox asılı olduğuna diqqət çəkən Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komissiyası sədrinin birinci müavini Vladimir Cabarov isə deyib: “Münasibətlərimiz praqmatizmə və qarşılıqlı faydaya əsaslanır. Kimin qalib gəldiyi bizim üçün önəmli deyil. Ərdoğan və ya müxalifət nümayəndəsi, biz türk seçicilərin seçdiyi prezidentlə işləyəcəyik”.

Müxalifətin Rusiya və ya Türkiyənin Qərblə yaxınlaşması ilə bağlı bütün açıqlamalarının birbaşa seçkilərlə bağlı olduğunu qeyd edən rusiyalı senator “Məqsəd elektoratın müəyyən hissəsinin dəstəyini almaqdır” deyib.

Siyasət rubrikasından digər xəbərlər