Yazını böyüt
Yazını kiçilt
Yeraltı təkanlar nəticəsində ölənlərin sayı 284-ə çatıb.
Bunu Türkiyənin vitse-prezidenti Fuat Oktay deyib.
Onun sözlərinə görə, 2323 nəfər yaralanıb. 1710 bina dağılıb.
Qeyd edək ki, bu gün Türkiyədə 7.4 maqnitudalı zəlzələ olub.
Zəlzələnin ocağı Kahramanmaraş şəhərinin Pazarcık rayonu ərazisində 7 km dərinlikdə olub. Zəlzələ nəticəsində Diyarbəkir, Malatya, Osmaniye və Şanlıurfa əyalətlərində ciddi dağıntılar var.