Türkiyənin əhalisi sürətlə qocalır

09:15 12.08.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının qərarı ilə 1999-cu ildən etibarən hər il avqustun 12-si “Beynəlxalq Gənclər Günü” kimi qeyd olunur.

Hafta.az-ın TÜİK və Birləşmiş Millətlər Təşkilatının məlumatlarına istinadən hyazdığına görə, 2023-cü ildə dünya əhalisi 8 milyard 45 milyon 311 min 447 olaraq hesablanıb. Bu əhalinin 1 milyard 243 milyon 194 min 873 nəfərini 15-24 yaşlı gənclər təşkil edir.

Ötən il 85 milyon 372 min 377 olan Türkiyə əhalisinin 12 milyon 872 min 39-u gənc əhaliyə daxildir.

15,1 faiz gənc əhali nisbəti ilə Türkiyə dünya ortalamasının 15,5 faiz nisbətinin altındadır. Ən çox gənc əhalisi olan ölkə 24,1 faizlə Suriya, ən aşağı nisbətə malik ölkə isə 6,8 faizlə Ukrayna olub.

TÜİK-in 3 fərqli ssenari əsasında apardığı əhali proqnozları ölkədə gənc əhalinin nisbətinin 2050 və 2100-cü illərdə azala biləcəyini ortaya qoyub.

Əsas ssenariyə görə, 2050-ci ildə Türkiyənin gənc əhalisinin təxminən 9,1 milyon nəfər olacağı gözlənilir. Həmin dövrdə gənclərin ümumi əhalidə nisbətinin 9,66 faizə enəcəyi təxmin edilir.

Aşağı ssenariyə görə, 2050-ci ildə 8,3 milyona qədər azalacaq gənc əhalinin ümumi əhalidəki nisbəti 9,29 faiz olaraq hesablanır.

Yüksək ssenaridə gənc əhalinin 9,9 milyon nəfər olacağı və onun nisbətinin 10,03 faiz səviyyəsində qalacağı proqnozlaşdırılır.

TÜİK-in 2100-cü il üçün proqnozları çərçivəsində əsas ssenariyə görə, gənc əhalinin 7,3 milyona, ümumi əhalidəki payının isə yüzdə 9,55-ə düşəcəyi təxmin edilir.

Bütün proqnozlarda Türkiyənin gənc əhalisinin sayının azalması diqqət çəkir.