Türkiyənin məhv etdiyi terrorçuların sayı

18:17 30.01.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyə Silahlı Qüvvələri bu ilin yanvarın 1-dən 172 terrorçunu zərərsizləşdirib.

 

Bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

 

Onlardan 25-i İraqın şimalında, 147-si isə Suriyanın şimalında məhv edilib.

 

Bu müddət ərzində Türkiyə Hərbi Hava Qüvvələri qırıcı və hücum PUA-larından istifadə etməklə 25 əməliyyat keçirib və çoxlu sayda terrorçu hədəfi vurulub.

 

2021-ci ildə isə 397 əməliyyat təşkil edilib, nəticədə 2883 terrorçu zərərsizləşdirilib.

 

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri çətin coğrafi və iqlim şəraitində terrora qarşı qətiyyətli mübarizəsini davam etdirir.