Türkiyənin təbii və tarixi gözəllikləri Beynəlxalq Velisoped Turu ilə tanıyaq

18:00 15.04.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Türkiyə Cümhuriyyəti Cümhurbaşkanlığı, Mədəniyyət və Turizm Nazirliyi və Türkiyə Turizm Tanıtım və İnkişaf Agentliyinin (TGA) birgə təşkilatçılığı ilə düzənlənən velisoped yarışı, tarixi və təbii gözəllikləri tanıtmaq məqsədilə bu il Kapadokiyadan başlayaraq Quş adasında bitəcək.

Hafta.az yazır ki, Türkiyə Velisoped Federasiyasının 1963-cü ildə Mərmərə turu ilə başlatdığı dünyanın yeganə qitələrarası velisoped turu ünvanına sahib olan Cumhurbaşkanlığı Türkiyə Bvelisoped Yarışı, bu il aprelin 11-də Nevşəhirdən başlayıb və 18 aprel tarixində Quş adasında başa çatacaq. Eurosport kanalı, 12 ölkədən qatılmış Cümhurbaşkanlığı Türkiyə Velisoped Turunu hər gün 3 saat yayımlayaraq idmansevərləri bənzərsiz velisopedsürmə yarışı ilə tanış edir.

Toplam 1347 kilometrə bərabər olan tur, Kapadokiyadan başlayaraq Konya, Bəyşəhir, Alanya, Kəmər, Göğübeli zirvəsi, Fethiyə, Marmaris, Turqutrəis, Bodrum etaplarında davam edərək Quş adasında sona çatacaq. Belçika, İsrail, İtaliya, İspaniya, Fransa, Rusiya, ABŞ, Norveç, Niderland, Qazaxıstan, İsveçrə və Malayziyadan qatılan heyətlər və idmançılar, Türkiyənin öndə gələn turizm nöqtələrindən keçərək tənii və tarixi gözəllikləri kəşf edəcək.

Davamlı turizm çərçivəsində, “Velisoped Dostu Qonaqlama Təsisi Sənədi”ni və “Etibarlı Turizm Sertifikat Proqramı”nı icra edən Türkiyə, pandemiya səbəbilə keçən il düzənlənməyən Velisoped Turunu bu il aldığı önləyici tədbirlər sayəsində idmansevərlərə təqdim edir. Velisoped turizminin ölkədə pandemiyaya rəğmən maraqçəkici olmasının kökündə Türkiyənin dəqiqliklə yürütdüyü işlər yer alır. Velisoped Turu, bu sahə üzrə turizmin inkişafına istiqamət verən infrastruktur fəaliyyətləri və “Etibarlı Turizm Sertifikatı Proqramı” çərçivəsində alınan tədbirlər səbəbilə bu il tam güvənli şəkildə idmansevərlərin diqqətinə təqdim olunur.

Qeyd edək ki, Türkiyə Turizm Tanıtım və İnkişaf Agentliyi, Mədəniyyət və Turizm Nazirliyinin təyin etdiyi strategiya çərçivəsində Türkiyənin turizm hədəflərinə çatması, mövcud turizm imkanlarının dünya miqyasında tanıdılması və bazarlanması, potansial turizm imkanlarının kəşf edilərək inkişaf etdirilməsi və qazandırılmasına dair bütün tanıtım, bazarlama və informasiya faaliyyətlərini həyata keçirməkdədir.

Etibarlı Turizm Sertifikatı Proqramını isə 2020-ci ildə icra etməyə başlayan Türkiyə, sektordakı açar oyunçular tərəfindən sürətlə mənimsənən tətbiqlə, bütün qonaq və turizm personalının sağlamlığını və rifahını təmin etmək üçün yemək-içmək, nəqliyyat və qonaqlama quruluşları başda olmaqla çoxçeşidli qurumlarda alınması gərək olan tədbirləri əhatə edir.

Velisoped Dostu Qonaqlama Təsisi Sənədi isə bu müstəvidə turizmi təşviq etmək üçün 2020-ci il avqustun 25-də qüvvəyə minib. Təsislərin bu sənədə sahib olması üçün, TGA-nın rəsmi internet səhifəsində (https://tga.gov.tr/faaliyet/bisiklet-dostu/) açıqlanan meyarların yerinə yetirməsi lazımdır.