Küveyt Parlamentinin sədr müavini Məhəmməd əl-Müteyr illər sonra qoşulduğu Ərəb Liqasında Osmanlı Dövlətini hədəf alan Bəşər Əsədə çox sərt reaksiya verib.
Hafta.az-ın yazdığına görə, Məhəmməd əl-Müteyr Osmanlı İmperiyasının 6 əsr ərzində İslam və müsəlmanların himayədarı olduğunu bildirib. O, sosial media hesabında “Osmanlı Xilafəti 6 əsrdir İslamın və müsəlmanların himayədarı olub. Qan tökən, təcavüz edən, pul oğurlayan, ev yıxan və günahsız insanları didərgin salanlar Osmanlının şanlı tarixini təhrif edə, nüfuzunu ləkələyə, dəyərini aşağılaya bilməzlər” sözlərini paylaşıb.
Xatırladaq ki, Suriya prezidenti Bəşər Əsəd Ciddə şəhərində keçirilən 32-ci Ərəb Liqası Zirvə toplantısındakı çıxışında "Bizim danışacaq çox mövzumuz var. Bu mövzular təkcə İsrailin Fələstin xalqına qarşı törətdiyi cinayətlərlə məhdudlaşmır, həm də yayılan Osmanlı zehniyyətinin təhlükəsidir" deyib.