Yazını böyüt
Yazını kiçilt
Ucar rayon sakinindən narkotik vasitə götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a verilən xəbərə görə, Ucar Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qazyan kənd sakini, əvvəllər məhkum olunmuş Z.Vahidovun evindən 4,5 kiloqram marixuana aşkar edilərək götürülüb.