Yazını böyüt
Yazını kiçilt
Azərbaycanlı FİFA referisi Kamal Umudlu növbəti təyinatını alıb.
Hafta.az AFFA-nın saytına istinadən xəbər verir ki, o, Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “Drita” (Kosovo) – “Breydablik” (İslandiya) qarşılaşmasının baş hakimi olacaq.
Referiyə Namik Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.
Qeyd edək ki, iyulun 30-da Poduyevo şəhərində yerləşən “Zahir Payaziti” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.