UEFA-dan növbəti "Qarabağ" paylaşımı

19:58 06.12.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

UEFA Konfrans Liqasının rəsmi İnstaqram səhifəsi növbəti dəfə "Qarabağ" haqqında paylaşım edib.

Qol.az xəbər verir ki, paylaşımda Ağdam təmsilçisinin son 25 görüşdə yalnız bir dəfə məğlub olduğu xatırladılıb.

Qeyd edək ki, Qurban Qurbanovun komandası son 25 görüşdə təkcə Premyer Liqanın 8-ci turunda "Səbail"ə uduzub - 1:3. "Qarabağ" noyabrın 9-da Konfrans Liqasının qrup mərhələsinin sonuncu - 6-c turunda İsveçrədə "Bazel"in qonağı olacaq. Təmsilçimiz qələbə qazanarsa, birbaşa 1/8 finala yüksələcək. Əks halda "Qarabağ" 1/8 final uğrunda Avropa Liqasında ən yaxşı qrup 3-cüsü olan 8 komandadan biri ilə pley-off oyununa çıxacaq.

Oxunma sayı 35