Uhanda tikilən müvəqqəti xəstəxanaların əksəriyyəti bağlanıb

13:04 09.03.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Stadionlarda və sərgi mərkəzlərində qurulan Uhan şəhərinin 14 müvəqqəti xəstəxanasından 11-i artıq bağlanıb.

"Epidemiya başladıqdan sonra Uhanın bır sıra stadion və sərgi mərkəzləri xəstəxanalara çevrilmişdi. Lakin hal-hazırda xəstələrin çoxu sağaldığı üçün onların əksəriyyəti bağlanıb", - Çinin mərkəzi televiziyası xəbər yayıb.

Hafta.az oxu.az-a istinadən xəbər verir ki, qalan xəstələr isə xüsusi xəstəxanalara yerləşdirilib.

Qeyd etmək lazımdır ki, son günlər Uhanda epidemiya ilə bağlı vəziyyət getdikcə yaxşılaşır.