Ukrayna Azərbaycana TƏŞƏKKÜR ETDİ

20:25 10.07.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Biz ukraynalı uşaqlarının reabilitasiyası məqsədilə Azərbaycana gətirilməsinə görə minnətdarlığımızı bildiririk.

Hafta.az xəbər verir ki, bunu bu gün Ukraynanın Azərbaycandakı səfirliyinin birinci katibi Andrey Onişenko jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, uşaqların sağlamlığının yaxşılaşdırılması və reabilitasiyasının aparılması imkanlarına görə Azərbaycan Respublikasına çox minnətdarıq:

"Artıq 300-dən çox uşaq Azərbaycana səfər edib. Uşaqlar özlərini xoşbəxt hiss edirlər. Bu, Ukrayna ilə Azərbaycan arasındakı strateji tərəfdaşlığın əsas elementidir".