Bu gün Rusiyanın Ukraynaya qarşı müharibəyə başladığı 24 fevral 2022-ci ildən bəri həlak olan rus əsgərlərin sayı açıqlanıb.
Hafta.az-ın yazdığına görə, Ukrayna ordusunun açıqladığı məlumata əsasən bu müddət ərzində dünən öldürülən 520 əsgər də daxil olmaqla, Rusiya ordusunun ümumilikdə 273980 əsgəri öldürülüb.
Bu rəqəmlər Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının Facebook səhifəsində dərc olunub.
Açıqlamada Ukrayna qüvvələrinin 4635 tank, 8868 zirehli döyüş maşını, 6096 artilleriya sistemi, 779 çoxlüləli reaktiv yaylım atəş sistemi və 526 hava hücumundan müdafiə sistemini məhv etdiyi bildirilib.
DPA-nın məlumatına görə, 315 təyyarə, 316 helikopter, 8633 nəqliyyat vasitəsi və yanacaq çəni, 20 döyüş gəmisi, bir sualtı qayıq, 4821 pilotsuz uçuş aparatı, 906 xüsusi texnika və 1479 qanadlı raket məhv edilib.