Yaponiya kəşfiyyatı Ukraynada 20 rus generalının öldüyünü bildirib. Bu barədə Nikkei Yaponiya kəşfiyyatının ABŞ və Avropa ölkələri ilə birgə topladığı məlumatlara istinadən yazır.
Kəşfiyyat analitiklərinin fikrincə, generallar şəxsən yüzlərlə, minlərlə əsgərə komandanlıq edir. Generalların ölümlərinin daha çox olması ordunun ümumiyyətlə zəif təlim keçmiş olduğunu göstərir.
Yaponiya Quru Özünümüdafiə Qüvvələrinin keçmiş Baş Qərargah rəisi Kiefumi İvata generalların ölüm sayını "inanılmaz dərəcədə yüksək" adlandırır və qeyd edir ki, məsələn, amerikalı generallar demək olar ki, döyüşlərdə ölmürlər.
Çox güman ki, Ukrayna ordusu generalları tapmaq üçün mobil telefon siqnalının izlənilməsindən istifadə edib və bu, Moskvanı cəbhədə bu ünsiyyət üsulunu qadağan etməyə məcbur edib.
İvata öldürülən generalların qeyri-adi çoxluğunu Ukraynanın kiberməkanda üstünlüyü ilə əlaqələndirir.
Yapon kəşfiyyatının yüksək rütbəli zabiti də bunu Kiyevin Rusiya ordusu tərəfindən işğal olunmuş ərazilərdəki məlumatçılar şəbəkəsi ilə əlaqələndirib.
Yapon kəşfiyyatının nümayəndəsi həmçinin iddia edib ki, Moskvanın döyüş meydanındakı uğursuzluqları fonunda çox güman ki, Çin Rusiya ordusuna gizli yardım göstərməyə başlayıb.