Ukraynalı deputat, Milli Təhlükəsizlik, Müdafiə və Kəşfiyyat Komitəsinin üzvü Fedir Veneslavski Ukraynada səfərbərlik prosesinin Baş Qərargah və Silahlı Qüvvələr Komandanlığının müəyyən etdiyi planlara uyğun olaraq davam etdiyini açıqlayıb.
Hafta.az-ın yazdığına görə, Veneslavski, "Prezident Vladimir Zelenski bildirib ki, hazırkı səfərbərlik Baş Qərargah və Ordu Komandanlığının planlarına uyğun olaraq davam edir. Bu, ayda təxminən 30 min nəfərin hərbi xidmətə çağırılması deməkdir. Proses davam edir" deyib.
Ukraynada hərbi xidmətə qəbul sisteminin fəal şəkildə inkişaf etdiyini və könüllü olaraq hərbi xidmətə getmək istəyənlərin sayının artdığını qeyd edən Veneslavski, “Əvvəllər könüllü müraciət edənlərin faizi 5 faiz civarında idisə, indi bu 10 faizi keçib və artmaqda davam edir” deyib. Səfərbərlik prosesini dəstəkləmək üçün qəbul edilən yeni hüquqi tənzimləmələrin konkret nəticələr verməyə başladığını bildirən Veneslavski, "Səfərbərlik prosesi nə ordumuz, nə də xalqımızın istədiyi kimi sürətlə getməyə bilər. Bununla belə, bunu unutmamalıyıq: Heç bir müasir ölkə ötən əsrdə Ukrayna kimi uzun və gərgin müharibəni yaşamamışdı. Buna görə də hər şeyin planlaşdırıldığı kimi gedəcəyinə inanıram” deyə bildirib.