2023-cü ilin ilk 6 ayında ukraynalılar ötən illə müqayisədə 17% az nikah qeydə alıblar. Öz növbəsində boşanmaların sayı üçdə bir artıb.
Opendatabot-un məlumatına görə, 2023-cü ilin altı ayında Ukraynada 86 028 nikah qeydə alınıb, ötən ilin müvafiq dövründə 103 903 yeni ailə yaradılıb.
Qeyd olunur ki, bu il təkcə Xarkov vilayətində (+19%) və Sumı vilayətində (+6%) nikahın qeydiyyatı ötən ilin müvafiq dövrü ilə müqayisədə artıb. Amma qeydiyyatların sayında əhəmiyyətli azalma Zaporojyedə (-36%), keçən il yeni ailələrin sayına görə şəksiz lider olan Dnepropetrovsk vilayətində (-34%) və Ternopil vilayətində (-32%) müşahidə olunur.
Eyni zamanda, 2023-cü ilin 6 ayı ərzində 10 139 boşanma halı qeydə alınıb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə üç dəfə çoxdur, lakin 2021-ci ilin müvafiq göstəricilərindən (13 153) hələ də azdır.