Yazını böyüt
Yazını kiçilt
ABŞ və müttəfiqləri Ər-Riyadda “Ukraynadakı münaqişəyə son qoymaq” mövzusunda gizli görüş keçiriblər. Amma görüşdə tərəflər razılığa gələ bilməyib.
Hafta.az-ın “Bloomberg”ə istinadən yazdığına görə, dekabrın 16-da keçirilən toplantıya ABŞ, İngiltərə, Almaniya, İtaliya, Kanada, Fransa və Yaponiyadan milli təhlükəsizlik müşavirləri ilə yanaşı, Hindistan, Səudiyyə Ərəbistanı və Türkiyədən də nümayəndələr qatılıb.
Görüşə Rusiyanın dəvət olunmadığı, Çin, Braziliya və Birləşmiş Ərəb Əmirliklərinin isə dəvəti rədd etdiyi öyrənilib.
“Bloomberg”in məlumatına görə, tərəflərin razılaşdığı yeganə məqam Ukraynanın ərazi bütövlüyünün qorunması və hərbi yardımın davam etdirilməsi olub.