Ümummilli Lider Heydər Əliyevin 98 illiyinə həsr olunan bilik yarışı keçirilib

15:08 06.05.2021 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Ümummilli Lider Heydər Əliyevin 98 illiyinə həsr olunan bilik yarışı keçirilib. Bu barədə hafta.az-a Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatından məlumat verilib.

Hafta.az-ın məlumata görə, Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatının təşşəbbüsü ilə Gəncədə Fəaliyyət göstərən Ali və orta ixtisas məktəbləri arasında, Ümummilli Lider Heydər Əliyevin 98- illiyinə həsr olunan “Heydər Əliyev irsini öyrənirik” adlı intelektual yarış təşkil olunub. Yarışda Azərbaycan Dövlət Aqrar Universiteti, Gəncə Dövlət Universiteti, Azərbaycan Texnalogiya Universiteti, Gəncə Regional Kolleci və Gəncə Tibb Kollecini təmsil edən komandlar iştirak edib. Bilik yarışını giriş sözü ilə açan, YAP Gəncə şəhər Təşkilatının aparat rəhbəri Orxan Əhmədov, Ümummilli Liderin 98 illiyi ilə bağlı ölkədə keçirilən silsilə tədbirlərdən bəhs edib.

YAP Gəncə şəhər Təşkilatı tərəfindən keçirilən bilik yarışınında, gənclərin Heydər Əliyev irsini daha yaxşı mənimsəməsində kömək olacağını bildirən natiq,  bütün komandlara uğurlar arzulayıb.  Hər biri beş nəfərdən ibarət olan beş  komandanın qatıldığı bilik yarışında, iştirakçılar Ümummilli liderin həyatından, siyasi fəaliyyətindən, qurucusu olduğu Yeni Azərbaycan Partiyasının gördüyü işlərdən verilən sualları cavablandırıblar. Komandalar  münsiflər heyyəti tərəfindən qiymətləndirilib. Gərgin keçən yarışın qalibi Gəncə Dövlət Universitetinin komandası olub.

Oxunma sayı 409