Yazını böyüt
Yazını kiçilt
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 16-cı ildönümü ilə əlaqədar olaraq I Fəxri Xiyabanda anım mərasimi keçirilir.
Hafta.az-ın əməkdaşının verdiyi xəbərə görə, bu dəqiqələrdə dövlət və hökumət nümayəndələri ulu öndərin məzarını ziyarət edir. Eyni zamanda, nazirliklərin, qeyri-hökumət təşkilatlarının nümayəndələri də gül-çiçək dəstələri ilə Fəxri Xiyabana doğru irəliləyirlər. Hazırda sadə vətəndaşlar da ulu öndərin məzarını ziyarət üçün Fəxri Xiyabanın önündədir. Sadə insanlar deyirlər ki, ümummxalq izdihamı dahi rəhbərə xalq sevgisinin təcəssümüdür.