Universitetin yanındakı ölümsaçan dönərlər: 67 nəfər zəhərləndi

12:15 03.11.2019 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin Afyonkarahisar bölgəsində, eyni dönərçidən toyuq ətindən hazırlanmış dönər alıb yeyən 67 nəfər zəhərlənib. 

Hafta.az yazır ki, dönərxana Afyonkarahisar Universitetinin yanında - Ərənlər məhəlləsində yerləşdiyi üçün, bəxtsiz müştərilərinin əksəriyyəti də elə tələbələr olub. 

Məlumata görə, 67 nəfərin hamısı ürək bulanması və qarın ağrısı diaqnozu ilə xəstəxanaya aparılıb. Zəhərlənənlərin hamısı, mədələri yuyulduqdan sonra palatalara yerləşdirilib və həkim nəzarətinə götürülüblər. 

Hadisə ilə bağlı istintaq qrupu yaradılıb, dönərxananı bağlayaraq, yoxlamalar aparılıb, ət və qarışıqlardan nümunələr götürülüb.