Yazını böyüt
Yazını kiçilt
Vətən müharibəsində Talış kəndi istiqamətində gedən döyüşlərdə ağır yaralanaraq uzun müddət koma vəziyyətində qalan N saylı hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət keçən hərbi qulluqçusu Qəhramanlı Yaqub Abdulla oğlu şəhidlik zirvəsinə ucalıb.
Hafta.az-ın məlumatına görə, şəhid doğulduğu Tərtər rayonunun Dəmirçilər kənd qəbiristanlığında torpağa tapşırılıb.
Şəhidin dəfn mərasimində Tərtər Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin xidmət etdiyi hərbi hissənin əsgər və zabitləri, şəhid ailələrinin üzvləri, qazilər, veteranlar, ictimaiyyət nümayəndələri, rayon sakinləri iştirak edib.
Mərasimdə Azərbaycanın dövlət bayrağı şəhidin atasına və yadigar qalan oğluna təqdim edilib.