Rusiyanın internet nəhəngi Yandex-in əksər səhmlərini məşhur oliqarxlar Vladimir Potanin və Vahid Ələkbərov ala bilər.
Hafta.az-ın yazdığına görə, satışın 2023-cü ilin sonu və ya 2024-cü ilin əvvəlində həyata keçirilə biləcəyini yazan Bloomberg, hər iki oliqarxın sanksiya siyahısında olması səbəbindən Yandex-in xaricdəki ofislərinin mənfi təsir göstərə biləcəyinə diqqət çəkib.
Bloomberg-ə müsahibə verən mənbələr Yandex-in Rusiyadakı aktivlərinin qiymətinin 7-7,5 milyard dollar civarında olduğunu bildirib.
Qeyd olunur ki, iki oliqarx “Yandex”in ən azı 51 faizini almaqda maraqlıdır.
Kremlə yaxınlığı ilə tanınan Potanin əvvəllər “Tinkoff Bank”ın səhmlərinin əksəriyyətini bazar qiymətindən xeyli aşağı qiymətə almışdı.
Rusiyanın ən varlı adamlarının ümumi sərvətinin 2023-cü ilin əvvəlindən 16,35 milyard dollar artdığı açıqlanıb.