Vasitəçi tərəflər bu danışıqları öz aralarında rəqabət meydanına çevriblər - Mətin Məmmədli

17:02 26.05.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Moskva görüşü əvvəlcədən də proqnozlaşdırıldığı kim ciddi nəticələrlə yekunlaşmadı”.

Bunu hafta.az-a Beynəlxalq Münasibətlərin Təhlil Mərkəzinin eksperti, politoloq Mətin Məmmədli bildirib.

M.Məmmədli Moskva görüşünün Rusiya Prezidentinin təşəbbüsü ilə hansı səbəblərlə keçirilməsinə diqqət çəkib. Onun sözlərinə görə, Rusiyann belə bir təşəbbüslə çıxış etməsində əsas məqsəd danışıqlar prosesində Qərbin, Avropa İttifaqının önə çıxmasından qıcıqlanaraq, bu prosesdən kənarda qalmaq istəməməyidir.

“Son 2 il yarım ərzində Azərbaycan və Ermənistan arasında aparılan danışıqlar prosesində iki əsas format var: Rusiya və Brüssel formatı. Vasitəçi tərəflər bu danışıqları öz aralarında rəqabət meydanına çevriblər. Şahidi oluruq ki, iki ölkə arasında danışıqlar prosesi intensivləşdikcə  Russiya da kənarda qalmaq istəmir”.

Siyasət rubrikasından digər xəbərlər