“Vətən Müharibəsi Qəhrəmanı”nın tabutu Dövlət bayrağı ilə örtüləcək.

15:58 06.05.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Vətən Müharibəsi Qəhrəmanı”nın tabutu hərbi ehtiram göstərilməsi zamanı Dövlət bayrağı ilə örtüləcək.

Bununla əlaqədar Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qarnizon və qarovul xidmətləri Nizamnaməsinə dəyişiklik təklif edilir.

Təklifə əsasən, tabutu hərbi ehtiram göstərilməsi zamanı Azərbaycan Respublikasının Dövlət bayrağı ilə örtülən şəxslərin əhatə dairəsi genişləndirilir.

Layihəyə əsasən, “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş, “Zəfər” və “Qarabağ” ordeni ilə təltif edilmiş bu sıraya daxil edilir.

Oxunma sayı 1225
Gündəm rubrikasından digər xəbərlər