Vilayət Eyvazovdan yeni rəis təyinatı

11:47 27.12.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Daxili işlər orqanlarında yeni təyinat olub.

 

Hafta.az APA-ya istinadən məlumat verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

 

Əmrə əsasən, Kürdəmir Rayon Polis Şöbəsinin rəisi Sultan Zeynalov tutduğu vəzifədən azad edilərək Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin rəisi təyin edilib.

 

Daxili İşlər Nazirliyindən APA-ya faktı təsdiqləyiblər.