XİN-dən yeni açılacaq səfirliklərlə bağlı AÇIQLAMA

13:21 19.11.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Yeni diplomatik nümayəndəliklər diplomatik səylərimizi daha da gücləndirəcək".

Hafta.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyi "Twitter"də bildirib.

"Milli Məclis Albaniyada, İsraildə, Keniyada səfirliklərin, BMT-nin Nayrobi ofisində Daimi Nümayəndəliyin, Fələstində Təmsilçilik Ofisi açılması haqqında qanun layihələrini təsdiqləyib. Yeni diplomatik nümayəndəliklər diplomatik səylərimizi daha da gücləndirəcək", deyə paylaşımda bildirilir.

Siyasət rubrikasından digər xəbərlər