Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin hərbi attaşeləri Gəncə şəhərinə səfər edib.
Hafta.az-ın məlumatına görə, hərbi attaşelərin səfəri Müdafiə Nazirliyinin təşkilatçılığı ilə baş tutub.
Nümayəndə heyəti Ermənistanın raket hücumları nəticəsində şəhid olan mülki əhalinin xatirəsinə qoyulmuş memorial kompleksi ziyarət ediblər.
Xatırladaq ki, 4, 5, 8, 11 və 17 oktyabr 2020-ci il tarixlərdə Gəncəyə açılmış atəşlər nəticəsində, 10 nəfəri kişi, 10 nəfəri qadın və 6 nəfəri uşaq olmaqla 26 nəfər (25 nəfəri Azərbaycan Respublikasının, 1 nəfər isə Rusiya Federasiyasının vətəndaşı) mülki əhali qəsdən öldürülüb. Öldürülənlərdən 5 nəfəri 60 yaşdan yuxarı, 1 nəfəri 0-5 yaş arası, 5 nəfəri 5-18 yaş arası olub. 86 nəfəri kişi, 57 nəfəri qadın, 32 nəfəri uşaq olmaqla cəmi 175 nəfər mülki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
11 oktyabr və 17 oktyabr 2020-ci il tarixlərdə atılan raketlər nəticəsində hər tarixdə 3 ailə olmaqla, 6 ailə tamamilə məhv edilib