Xətaidə avtobusla minik maşını toqquşdu - Xəsarət alanlar var

17:21 04.09.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xətai rayonu, Nargilə kafesinin yaxınlığında avtobusla minik avtomobili toqquşub.

Səhiyyə Nazirliyinin (SN) mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, hadisə yerinə gələn təcili tibbi yardım avtomobili müxtəlif dərəcəli bədən xəsarətləri olan iki qadını xəstəxanaya aparıb:

“Həkimin verdiyi məlumata görə toqquşma nəticəsində qadınlardan birinin ayağı travmatik amputasiya olunub. Ağır vəziyyətdə olan yaralılar 3 saylı şəhər xəstəxanasına aparılıb. Qəza nəticəsində digər xəsarət alanlar barədə məlumat daxil olsa əlavə xəbər veriləcək”.