Xəzər dənizinin səviyyəsi REKORD HƏDDƏ

10:52 21.07.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xəzər dənizinin səviyyəsi bütün müşahidə dövrü ərzində ən aşağı həddə enib.

Hafta.az xəbər verir ki, bu barədə Ümumrusiya Elmi-Tədqiqat Balıqçılıq və Okeanoqrafiya İnstitutunun Volqa-Xəzər bölməsi məlumat yayıb. Dəniz səviyyəsinin enməsi, xüsusən ən dayaz şimal hissədə, Rusiya və Qazaxıstan akvatoriyasında özünü göstərir. Məlumatda qeyd olunur ki, Xəzər dənizinin səviyyəsi 1990-cı illərin ortalarından başlayaraq enməyə başlayıb. 2020-ci ildən bəri Xəzərin səviyyəsi, demək olar ki, 0.8 metr azalıb.

"Azalma dənizdə əsas su mənbəyi olan Volqanın illik axınının zəifləməsi fonunda baş verib. Şirin su axınının azalması davam edir", - Okeanoqrafiya İnstitutunun məlumatında qeyd olunur.