Xəzərdə skeleti tapılan şəxsin kimliyi müəyyən olub

10:35 09.12.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bir neçə gün əvvəl Xəzər dənizindən tapılan insan skeletinin kimə məxsus olduğu müəyyənləşib.

Hafta.az-ın məlumatına görə, skeleti tapılan şəxsin 1961-ci il təvəllüdlü Bəhmən Cəfərov olduğu aydın olub. O, 2015-ci ildə "Neft Daşları" NQÇİ-nin 501 nömrəli özülündə baş vermiş qəza zamanı itkin düşmüş neftçilərdən biridir.

Baş Prokurorluğun Mətbuat Xidmətindən Trend-ə faktı təsdiqləyiblər.

Oxunma sayı 23