Xırdalanda su verilişi dayandırılıb

22:10 02.12.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Su kəmərində baş vermiş qəza ilə əlaqədar Xırdalan şəhərinin bir hissəsinə (kənd Xırdalan adlanan hissə və ona yaxın ərazilər) içməli suyun verilişində fasilə yaranıb.

Bunu hafta.az-a "Azərsu"ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.

O bildirib ki, 03 dekabr 2020-ci il tarixində günorta saatlarına qədər həmin əraziyə suyun verilişi dayandırılacaq.