Xırdalanın bu küçələrində işıq olmayacaq

12:29 15.05.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xırdalanın bəzi küçələrində elektrik verilməsində fasilələr olacaq.

Bu barədə "Azərişıq" ASC-dən hafta.az-a bildirilib.

Məlumata əsasən, Xırdalan ETSİ-nin xidməti ərazisində yerləşən bəzi xətlərdə SİP kabellərin yeni AVVQ kabellər ilə əvəzlənməsi işləri aparılacağından bu gün (15.05.2020) saat 13:30-dan 16:00-dək Kənd Xırdalan, C.Cabbarlı, Adıgözəlov, 28 May və R.Axundov küçələrində elektrik enerjisinin verilişində fasilələr yaranacaq.