Xocalıda “qaçqın” ermənilər üçün tikilən binalarda tamamlanma işləri aparılır - FOTOLAR

14:28 21.06.2022 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikasının Rusiya “sülhməramlı” hərbi kontingentinin himayəsindəki  separatçı-terrorçu rejimin nəzarətində qalmış Xocalı şəhəri ərazisində  2021-ci ilin yanvarından bəri tikintisi başlanmış çoxmənzilli binalarda tamamlanma işləri aparılır.

Hafta.az  xəbər verir ki, bu haqda Xankəndindəki separatçı nəşrlər  məlumat yayıb.

Məlumatdan bəlli olur ki, Azərbaycan ordusunun 44 günlük müzəffər savaşından sonra ölkəmizin digər ərazilərindən, o cümlədən Şuşa şəhərindən və Hadrut qəsəbəsindən guya “qaçqın” düşmüş haylar üçün nəzərdə tutulmuş bəzi binalarda daxili və xarici üzləmə işləri görülür.

Separatçı rejimin qanunsuz “şəhərsalma” nazirliyi Xocalıdakı binaların yeni görüntülərini yayıb.

Siyasət rubrikasından digər xəbərlər