Yaponiya XİN azərbaycanlı gəncləri MİRAİ proqramında iştiraka dəvət edir

14:48 07.12.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Yaponiyanın Xarici İşlər Nazirliyi Azərbaycan da daxil olmaqla, bir çox Avropa ölkələrinin 20 yaşdan yuxarı fəal gənclərinin - bakalavr, magistr pilləsi tələbələri və işləyən gənclərinin Yaponiya haqqında bilik və anlayışlarının artırılması məqsədi ilə həyata keçirilən “MİRAİ” proqramına iştirakçı qəbulunu elan edir.

Hafta.az yazır ki, Yaponiya XİN tərəfindən həyata keçirilən MİRAİ proqramının mövzusu "Qanunun aliliyi" adlanır. İştirak etmək istəyənlər 14 fevral 2021-ci il tarixinədək müraciət ünvanlamalıdırlar. Proqram bütövlükdə ingilis dilində keçiriləcək.

MİRAİ proqramı haqqında daha ətraflı məlumat almaq istəyənlər səfirliyin aşağıdakı linkinə daxil ola bilərlər: https://www.az.emb-japan.go.jp/itpr_ja/11_000001_00134.html