Bu gün Azərbaycanda bələdiyyə seçkiləri keçirilir. Seçkilərə və səsvermə başlayıb.
Seçkiləri izləmək üçün biz də Yasamal rayonu 16-cı seçki dairəsinin 8-ci məntəqəsində olduq.
Məntəqənin sədri Münəvvət Yüsübova məlumat verdi ki, hazırda 70-dən çox adam səsvermədə iştirak edib. Heç bir pozuntu hallarına rast gəlinməyib. Seçilərin də fəallığını görmək mümkündür.
Seçicilər də yaradılan şəraitdən razı qaldıqlarını bildirdilər. Onların sözlərinə görə, sərbəst şəkildə bələdiyyə üzvü görmək istədikləri namizədlərə səs verirlər. Heç bir kənar müdaxilə yoxdur.
16 saylı Yasamal ikinci seçki dairəsinin 17 saylı seçki məntəqəsində də olduq.
Burada səhər saatlarından seçici fəallığı müşahidə edilir.
Məntəqə sədri Nurəddin Məmmədovun hafta.az-a verdiyi məlumata görə, artıq 80 vətəndaş səsvermə hüququndan istifadə edib. Heç bir qanun pozuntusu qeydə alınmayıb.
Müxtəlif siyasi qüvvələrin müçahidəçiləri də səsvermə prosesinin yüksək səviyyədə təşkil olunduğunu söylədilər.
Hal-hazırda səsvermə davam edir.
16 saylı Yasamal ikinci seçki dairəsinin 15 saylı seçki məntəqəsinə də baş çəkdik.
Məntəqə sədri Həsənova Gülcamal deyir ki, 1120 seçicimiz var. Və hazırda fəallıq var: "İndiyə qədər 103 seçici öz hüquqlarından yararlanıb. Şəffaflığın təmin olunması üçün bütün nəzarət tədbirləri həyata keçirilir".
Səsvermə ilə bağlı heç bir qanun pozuntusuna tast gəlmədik.