Yaşayış binasında yanğın, 10 nəfər təxliyə edilib

21:53 19.12.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Abşeron rayonunun Xırdalan şəhərində doqquzmərtəbəli yaşayış binasının pilləkən qəfəsinin yeddinci mərtəbəsində yığılan məişət tullantıları 3 m² sahədə yanıb.

Fövqəladə Hallar nazirliyindən hafta.az-a verilən məlumata görə, yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstü dolmuş mənzillərdən 10 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.