Yaşayış binasında yanğın olub

20:29 27.08.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı şəhərinin Səbail rayonunda taxta konstruksiyadan ibarət üçmərtəbəli kommunal tipli yaşayış binasının üçüncü mərtəbəsində ümumi sahəsi 110 m² olan 3 otaqlı mənzilin dəhlizində quraşdırılan 1 ədəd elektrik lövhəsi, 3 p.m elektrik kabeli və binanın dam örtüyünün taxta atmaları 7 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən xəbərə görə, mənzilin və binanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.