Yazını böyüt
Yazını kiçilt
"Yaşı 65-dən yuxarı olan əməkdaşlarımız işə cəlb olunmayacaq".
Hafta.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində "Bakı Metropoliteni" QSC-nin sədr müavini Hidayət Məmmədov bildirib.
H.Məmmədov qeyd edib ki, karantin rejimi mayın 31-dək uzadıldığından Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tövsiyə və tapşırıqlarına riayət ediləcək:
"Qərara görə, 65 yaşdan yuxarı vətəndaşların evdən çıxması qadağan edildiyi üçün həmin yaş həddində olan metropolitençilər də işə cəlb edilməyəcəklər".